SR Audit Solutions MMC
Şirkət haqqında: "SR Audit Solutions" MMC dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstəririr.
Vəzifənin adı: Aparıcı mühasib Ümumi tələblər
- Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit) - Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi; - Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3 - e-taxes.gov.az və BTP–də işləmək bacarığı.
Vəzifə öhdəlikləri
- Bütün növ vergi hesabatlarının hazırlanması və təqdim edilməsi - Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması - E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı - Əmək qanunvericilikləri üzrə məlumat - Daxil olan pul vəsaitlərinin,mal-material qiymətlərinin uçotunu aparmaq və muhasibat uçotu hesablarında onların hərəkətini , dövriyyəsini izləmək - Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq razılaşma əsasında müəyyən ediləcəkdir Göstərilən tələblərə cavab verən namizədlər öz Cv-lərini info@sraudit.com elektron ünvanına ("Aparıcı mühasib" başlığı ilə) göndərə bilərlər.
|