İT administrator
 
JOB TITLE: İT administrator
EMPLOYER: Mons Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-07 LAST UPDATED: 2021-01-07 DEADLINE: 2021-02-06

İş barədə məlumat: “Mons Group” MMC

Vəzifə: İT Administrator

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

- Şirkətə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək.
- İnternetin işlək vəziyətdə saxlanılmasına nəzarət və bütün sistemin yenilənməsini təmin etmək.
- Texniki sənədlərin hazirlanması.
- Mövcud layihələrdə təkmilləşdirmə, optimallaşdırma və texniki dəstək işlərinin aparılması.
- LAN, WAN, WiFi şəbəkələrinin işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq.
- Əməliyyat sistemlərinin və proqramların işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq.
- Yeni işə qəbul olunmuş işçiləri lazımı kompüter avadanlıqları ilə təmin etmək
- İT Texniki dəstək işlərinin aparılması üçün tələb olunan bütün lisenziyalarının etibarlılığını yoxlamaq.
- 1C istifadəsində dəstək olması.
- 1C sisteminin əməliyyat axınının optimallaşdırılması.
- Təhıükəsizlik kameraların və davamiyyət turniketlərin nəzarəti və təmiri.

Namizədə tələblər

- İnformasiya Texnologiyaları sahəsində və ya müvafiq sahə üzrə təhsil,
- Dev Express(Arzu olunandır)
- HTML5, CSS3
- MSSQL Server ilə işləyə bilmək.
- Web Servis və web servis client yaza bilmək.
- Analitik düşünmə qabiliyyəti.
- Sərbəst araşdırma qabiliyyəti.
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- Rus və Azərbaycan dillərini səlis bilmək (İngilis dili arzu olunandır)
- MS Window Operating proqramlarını yaxşı səviyyədə bilmək
- Drayverlərin quraşdırılmasını və logların yoxlanılmasını bilmək
- Şəbəkə avadanlıqlarının tənzimləməsi bacarığı
- MS Domain sistem və Active Directory haqqında əsas biliklər (PC'nin domeninə əlavə edilməsi, GPO'nun, qrup və istifadəçi hüquqlarının yoxlanılması)
- MS Office 2013/16/19 məhsullarının quraşdırılması və problemlərinin aradan qaldırılmasını bilmək
- MS Outlook proqramını yaxşı səviyyədə bilmək
- 30-40 yaş həddi
- Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- Sürücülük vəsiqəsi olmalı
- Ezamiyyətə hazır olmalı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “İT Administrator” yazaraq ibrahimovemin1976@gmail.com ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP