
“PAŞA Sığorta” ASC Satış Departamentində “Telesatış/Birbaşa satış üzrə mütəxəssis” vakansiyası elan edir.
Vəzifə və Öhdəliklər:
• Şöbə/bölüm/qrup hədəfləri, onlara uyğun performans göstəricilərini təyin etmək və həyata keçirilməsini təmin etmək • Müəyyən olunmuş nəzarət mexanizmlərini təqib etmək • İşçilərin iş yükünün planlaşdırılması və nəzarəti, gündəlik satış və keyfiyyət göstəricilərinə görə işləməsini təmin etmək • Təqdim olunan müştəri bazasını / siyahını fərdi hədəflərinə uyğun olaraq qrup daxilində bölüşdürülməsini təmin etmək • Paşa sığorta tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə tabeçiliyində olan işçilərin biliklərini artırmaq və inkişaf etdirmək • Təlim ehtiyaclarının təmin edilməsi • Hər bir müştərilərə xidmət nöqtəsinin fəaliyyətinin məqsədəuyğunluğuna dair hesabatın təqdim edilməsi • İT/inzibati dəstək • Dəyərləndirmə və monitorinq prosesinin təkmilləşdirilməsi • İnsan resurslarına olan tələbatın ölçülməsi, planlanılmasına dair təkliflərin hazırlanması • Satış hədəflərinə dair təkliflər planının hazırlanması • Hər bir əməkdaşın fərdi satış hədəflərini əhatə edən təkliflər planının hazırlanması • Layihələrin koordinasiyası
BİLİKLƏR
• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, işgüzar ingilis dili biliyinə üstünlük verilir • MS Office, Outlook, Excel proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
TƏCRÜBƏ
• Müştəri xidmətlər sahəsində minimum 1 il iş təcrübəsi, sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir. • Təşkiletmə, prioritetləri müəyyən etmək və düzgün iş bölgüsü aparmaq bacarığı
BACARIQLAR
• Analiz etmək , problem həll etmək və qərar vermək bacarıqları • Yüksək müştəri xidməti və satış bacarıqları • Keyfiyyətə fokuslanmaq bacarığı • Fəaliyyətə həvəsləndirmək bacarığı • Komanda ilə işləmək bacarığı • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı • İdarəçilik bacarığı
Son müraciət tarixi: 07 Fevral 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
|