
İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis
İŞ ŞƏRAİTİ:
İş yeri: BOKT EmbaFinans QSC Ünvan: Gəncə şəhəri İş qrafiki: həftədə 6 gün Əmək haqqı: Gross 362 AZN+ verilən kreditlərin məbləği və portfel qalığına görə aylıq bonus. Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Bankçılıq, Menecment və s.); - Təcrübə mütləq deyil, - Əla səviyyədə Azərbaycan dili biliyi, - MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı; - Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı; - Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İŞİN TƏSVİRİ
- Kredit müraciətlərinin qəbulu və analizi; - Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması; - Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi; - Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək; - Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq; - Verilmiş kreditlərin monitorinqinin aparılması;
Maraqlanan namizədlər CV-ni mövzu hissəsində Gəncə Filialı “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeyd edərək, iseqebul@embafinan.az email ünvanına göndərə bilər.
|