Maliyyə şöbəsinin Baş mühasibi
 
JOB TITLE: Maliyyə şöbəsinin Baş mühasibi
EMPLOYER: AIR Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-07 LAST UPDATED: N/A DEADLINE: 2021-02-06

Maliyyə şöbəsinin Baş mühasibi

Vəzifəyə aid qoyulan tələblər

• Təhsil: (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə)
• Təcrübə: minimum 5 il;
• Yaş: 30-45
• Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
• Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

İş barədə məlumat:

- Maliyyə şöbəsinin (baş mühasib,mühasib, xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarəti və mühasibat, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;
- Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi;
- Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi;
- Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi;
- Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi;
- Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi;
- Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlanması; (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
- Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi;
- Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi;
- Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasının həyata keçirilməsi; - Cəmiyyət adından ödəmə aparılarkən köçürmə ərizələrini, ödəmə sifarişlərini və digər sənədləri düzgün hazırlanması; - Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli; - Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması;
- Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması;
- Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi; - Aylıq əmək haqqı hesablamalarının həyata keçirilməsi;
- Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi;
- Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi;
- Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi; - 1.C proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik edilməsi;

Vəzifəyə tələblər:

- Maliyyə nəzarətin prinsiplərini bilməli;
- Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli;
- Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklərin olması;
- Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklərin olması;
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyətinin olması;
- ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə təcrübəsinin olması;

Şəxsi keyfiyyətlər:

- Ünsiyyət qurma bacarığı olmalı; - Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı; - Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, - Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- MS Office proqramlarını mükəmməl bilməli;

Əlavə məlumatlar:

• Əmək haqqı – 1700 AZN + BONUS (sistem qurulduqdan sonra)
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində "Maliyyə şöbəsinin Baş mühasibi" yazmaqla hr@airgroup.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP