Telemarketinq şöbəsində Qrup rəhbəri vakansiyası
Vəzifə öhdəlikləri:
- Operatorların işinin effektiv şəkildə təşkili: bazanın qurulması, əməkdaşların təliminin təşkili; yeni əməkdaşlara işin əsaslarının izahı; operatorların iş keyfiyyətinə nəzarət; - Satış üçün edilən və qəbul olunan zəng sayısının artırılması, skriptlərin təkmilləşdirilməsi; - Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi; - İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması; - Cari işçilər üçün təhsil və təlim proqramlarının hazırlanmasında iştirak;
Tələblər:
- Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan; - Satış üzrə qrup rəhbəri və ya trener kimi təcrübəsi olan; - Münaqişələrə kreativ həll yolu tapan; - Analitik bacarığı olan; - Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən; - Güclü kommunikativ qabiliyyətə sahib olan; - Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə bilən
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində «Telemarketinq şöbəsində Qrup rəhbəri » qeyd edərək CV-lərini cv@hroption.az elektron ünvanına göndərməkləri xahiş olunur.
|