
“Alyans Tekstil” MMC-də Ofis meneceri vəzifəsinə vakansiya elan olunur.
İşin təsviri:
- Daxil olan və göndərilən sənədlərin, e-maillərin, telefon zənglərinin və yazışmaların koordinasiyası, - Direktorun təqviminin idarə olunması, - Görüşlərin prioritetləşdirilməsi və təşkili - Direktorun və rəhbərliyin iştirakı ilə daxili və xarici görüşlərin koordinasiyası və izlənməsi. - Görüş qeydlərinin aparılması və müvafiq olaraq paylaşdırılması. - Müvafiq sənəd və məktubların, iclas protokollarının hazırlanması. - Sənədlərin dövriyyəsinə nəzarət; imzalanma, surətlərin çıxarılması, arxivləşdirmə. - Direktora hesabatların, təqdimatların hazırlanması və çatdırılması. - Direktor üçün yazılı və şifahi tərcümələrin edilməsi. - Qonaqların nəzakətlə qarşılanması və təyin olunmuş görüşlərin koordinasiyası.
Namizədə olan tələblər:
- Ali təhsil ; - Yaş: 22-30 - Ən az 1 il iş təcrubəsi; - MS Office proqramlarını bilməli; - Azərbaycan, rus dili – səlis, ingilis dili – yaxşı səviyyədə; - Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; - Beynəlxalq və korporativ yazışma qaydalarını bilməli; - Vaxtı idarəetmə qabiliyyəti; - Düzgün qərar qəbul etmə və problem həll etmə qabiliyyəti; - Səbrli və diqqətli olmalı, məxfiliyin qorunmasını təmin etməli.
İş şərtləri:
İş yeri: Sumqayıt şəhəri İş rejimi: 5 günlük 08:30-17:30 Əmək haqqı: 600-700 AZN Nahar, korporativ nömrə və servis şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Ofis meneceri” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur. Növbəti mərhələ üçün yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
|