
Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət Bakı və Regionlar üzrə “İnşaat – dizayn meneceri” vəzifəsinə işçi dəvət edir.
İş barədə qısa məlumat
• Brendbuka, pərakəndə satış məntəqələrinin optimal istifadəsinə və aptek müəssisələrinə tətbiq olunan qaydalara riayət etməklə yeni aptekərin qrafik/memarlıq dizaynını hazırlayır; • Texniki çertyojları hazırlayır və yoxlayır, material və mebel tələblərini və təkliflərini araşdırır, uyğun olan təklifi, mexaniki, elektrik və santexnika (MES), habelə mebel sifarişlərini təsdiq və təqdim edir; • Müştəri, aptekin yerləşəcəyi sahənin sahibi, subpodratçılar və təchizatçılar arasında koordinasiya yaradır. Subpodratçılar, təchizatçılar və müxtəlif layihə iştirakçıları ilə qiymətlərin razılaşdırılmasını təmin edir; • Sahədə tamamlanan işlərə əsasən subpodratçılardan gələn hesab-fakturaların yoxlanılmasını həyata keçirir; • Müəyyən edilmiş sahə üzrə əvvəlcədən mənbələrin araşdırılması və təşkil edilməsini təmin edir; • Sahədə tamamlanan işlərin keyfiyyətini və çertyoja uyğun olmasına nəzarəti həyata keçirir. Sahədə qayda və prosedurları tətbiq edir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən sahələrə şəxsən nəzarət edir.
Tələb olunan bilik və bacarıqlar:
• Təhsil: Ali/Bakalavr – Memarlıq, inşaat və dizayn ixtisası üzrə. • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi. • Dil bilikləri: Azərbaycan və Rus dilləri – mükəmməl. İngilis dili – arzuolunandır. • Peşə bacarıqları: - Kommersiya danışıqları aparmaq bacarıqları - Planlaşdırma bacarığı - Məntiqi yanaşma - Detallara diqqət • Kompüter bilikləri: MS office, AutoCAD
Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır.
Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 08.02.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İnşaat–dizayn meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
|