
Şirkətimiz SuperToys.az oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.
Vəzifə: Sayım mütəxəssisi
İş rejimi : Həftədə 6 gün İş yeri : Sədərək Ticarət Mərkəzi Əmək haqqı : 700 – 800 azn
Vəzifə Öhdəlikləri :
• Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək; • Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq; • Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək; • İnventerizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək; • Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Namizədə Tələblər :
- Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi; - Aktiv, məsuliyyətli və diqqətli olmalı; - Əl terminalları ilə işləmə bacarığı olmalı;
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Sayım mütəxəssisi” qeyd etməklə, hr@supertoys.az ünvanına göndərə bilər.
|