Çağrı mərkəzi Operatoru
 
JOB TITLE: Çağrı mərkəzi Operatoru
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-08 LAST UPDATED: N/A DEADLINE: 2021-02-07

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Çağrı mərkəzi Operatoru

Vəzifələr:

• Daxil olan telefon zənglərinə cavab vermək;
• Kompüterdə zənglərin qeydiyyatını aparmaq;
• Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək;
• Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.

Zəruri Tələblər:

• Ali təhsilli;
• Azərbaycan və Rus dillərini səlis bilməli;
• Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
• Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
• Xoş səs tonuna malik olmalı;
• Kollektivdə komanda ilə işləmə bacarığı;
• Məsuliyyətli və inkişafa meyilli olmalı;
• Emosiyalarını idarə edə bilməli;
• Stresə davamlı olmalı.

İş şəraiti:

- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 12:00-dan 21:00-dək, hər 3 gündən bir istirahət günüdür
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://qlor.me/kjohoel9

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP