Nəqliyyatın Təchizatı üzrə Mütəxəssis
 
JOB TITLE: Nəqliyyatın Təchizatı üzrə Mütəxəssis
EMPLOYER: Star Mining LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-11 LAST UPDATED: N/A DEADLINE: 2021-02-10

Nəqliyyatın Təchizatı üzrə Mütəxəssis

Yaş həddi:28-35
Ə/H: 900-1000 AZN
Kişi namizəd

Namizədə tələblər

- Azı 3 il bu sahə üzrə təcrübə
- Azərbaycan, Rus və İngilis dillərində peşəkar danışıq və yazışma bacarığı
- Outlook, Excel və Word proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma

Vəzifə təlimatı:

• Şirkət prosedurlarına əsasən təchizat şöbəsinin meneceri tərəfindən verilən təlimatlar əsasında nəqliyyat vasitələri, xüsusi texnika, ehtiyyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək, sifarişlər vermək, tədarük prosesində iştirak etmək və malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək.
• Şirkətin yük və minik maşınları, texnika, avadanlıq, ehtiyyat hissələri və xidmətlərə olan daxili tələbatını müəyyən etmək, texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq. Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək göstərmək.
• Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək.
• Avtonəqliyyat şöbəsindən daxil olan sifarişlər əsasında yük və minik maşınlarının, texnika, avadanlıq, onların ehtiyyat hissələrinin və həmçinin xidmətlərin satın alınması üzrə mütəmadi olaraq araşdırmalar həyata keçirmək və tenderlər təşkil etmək.
• Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
• Təchizatçılar ilə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
• Təsdiq edilən təkliflər əsasında təchizat müqavilələrinin və satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi.
• Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
• Satın alınmış malların vaxtında təhvil-təslim edilməsini təşkil etmək, tələbə uyğun olub-olmamasını müəyyən etmək və qeydiyyatını aparmaq.
• Sifariş edilən mal və avadanlığın anbara logistikasını təşkil etmək.
• Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat prosedurlarını həyata keçirmək.
• Yeni nəqliyyat vasitələrinin Dövlət Yol Polisi idarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prosesinin təşkil edilməsi.
• Yeni xüsusi texnikalar üçün Fövqəladə Hallar Nazirliyindən lisenziyaların alınmasının təşkil edilməsi.
• Nəqliyyat vasitələrinin və xüsusi texnikaların illik texniki baxışının keçirilməsinin təşkili, icbari və yol sığortasının, xüsusi fərqlənmə nişanı, yük daşıma qəbzi və digər icazələrinin alınması.
• Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.
• Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məlumata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək.
• Təchizat şöbəsinin Menecerinə Avtonəqliyyat şöbəsinin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsi barədə məlumat etmək.
• Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək.
• Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq.
• Təchizat şöbəsinin meneceri tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək

- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Uyğun namizədlər CV formalarını hr@starmining.az mail-na mövzu yerində “Nəqliyyatın Təchizatı üzrə Mütəxəssis” qeyd edərək göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP