SQL Developer
 
JOB TITLE: SQL Developer
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-11 LAST UPDATED: 2021-01-12 DEADLINE: 2021-02-10

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “SQL Developer ” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “SQL Developer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Biznes tələblərinin idarəedilməsi departamenti / İT hesabatlılıq və məlumat anbarının idarəedilməsi
Vəzifə: SQL Developer
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

- SQL tərtibatı;
- Verilənlər bazasının normallaşdırılması;
- SQL üzrə optimallaşdırma işləri;
- Məlumatları test mühitində yoxlanılması və yenilənməsi;
- Verilənlər bazası kodlaşdırılması üçün standartların yaradılması;
- Resurs sıxlığı olan sorğular barədə tərtibatçılara məlumatın ötürülməsi və onların həll yollarının təklifi;
- Tətbiqlərlə əlaqəli funksiya və məlumatların təkrarlanması fəaliyyətlərinə nəzarət.

Vəzifəyə tələblər:

- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli bir sahədə ali təhsil;
- 1 ildən çox bank sahəsində Microsoft SQL ilə işləmə təcrübəsi;
- SQL tərtibatı ilə iş;
- SQL Server ilə rahat işləmə bacarığı.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP