 “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Oksigen doldurma məntəqəsinin operatoru” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: 600-800 AZN
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi - 5 günlük iş həftəsi - Nahar fasiləsi: 12:00-13:00 - Nahar və servis müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Oksigen balonlarının avadanlıq vasitəsilə və təhlükəsizlik qaydalarına əməl edilməklə doldurulmasını həyata keçirmək; - İstehsal sahəsi üçün tələb olunan oksigen balonlarının vaxtında doldurulmasını nəzarətdə saxlamaq; - Oksigen doldurma məntəqəsində qaz sızmalarının baş verməməsi üçün tədbirlər görmək və sızıntı qeydə alındığı vaxt işin dayandırılmasını təmin etmək.
Tələblər:
- Orta-ixtisas və ya orta təhsilli; - Bu sahədə 3 il iş təcrübəsi; - Müvafiq sahə üzrə sertifikat; - Problemləri həll etmə bacarığı; - Oksigen doldurma məntəqəsində cihaz və aparatların istismarı qaydalarını bilməlidir; - Təzyiq altında işləyən aparatların tənzimlənməsi, uçotu və nəzarəti üçün cihazlarla işləməyi bacarmalıdır; - Təzyiq tənzimləyicilərinin və qaz sayğaclarının tənzimlənməsi üsullarını bilməlidir; - Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməlidir;
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@atef.az ünvanına göndərə bilərsiniz. CV göndərən mövzu yerinə vəzifənin adını “Oksigen doldurma məntəqəsinin operatoru” göstərin.
|