Analitik
 
JOB TITLE: Analitik
EMPLOYER: Irshad Electronics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-11 LAST UPDATED: N/A DEADLINE: 2021-02-10

Analitik

Tələblər

• Təhsil – Kompüter elmləri, Maşının öyrənməsi (Machine Learning), Tətbiqi statistika, Ekonometrika, Riyaziyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili
• Təcrübə - 1-3 il, pərakəndə ticarət sahəsində olanlara üstünlük veriləcəkdir
• Yaş – 22 - 35
• Dil biliyi – Azərbaycan dili səlis, Rus dili səlis, İngilis dili arzuolunandır

Vəzifəyə tələblər

• Kodlarşdırma bacarıqları (Python, R və bu kimi proqramlarda işləmək);
• Təhlil alətləri ilə iş (SQL və ya bu kimi digər);
• Data vizuallaşdırma alətləri ilə işləmək;
• Yüksək həcmli verilənlər bazası ilə işləmək və təhlil etmək ;
• A/B testləri dizayn etmək, izləmək və təhlil etmək ;

Vəzifə öhdəlikləri

Satış üzrə
• Məhsul portfelinin təhlili və optimallaşdırılması üzrə təkliflər
• Birbaşa və dolayı satış kanallarının təhlili
• Yığım kanallarının təhlili və optimallaşdırılması
• Satış və gəlirin proqnozlaşdırılması
• Çarpaz satış imkanlarının təhlili və rekomendasiyalar
• Satış kanallarına distribüsiyanın optimallaşdırılması
• Satış üzrə hesabat şablonlarının yaradılması

Marketinq üzrə
• Lid generasiyası və hədəfləmə
• Satış kanalları üzrə lidlərin qiymətləndirilməsi
• Tərk edən müştərilərin təhlili (churn modelləşdirmə)
• Müştəri portfelinin təhlili
• Müştərilərin ömür faydasının (CLV) təhlili və maksimallaşdırılması
• Müştəri bazasının modelləşdirilməsi
• Kampaniyaların səmərəliyinin ölçülməsi
• Reklam effektivliyinin təhlili
• Bazar və rəqiblər barədə toplanmış məlumatların müqayisəli təhlili
• Marketinq departamentini tələb edilən digər analitik məlumatlarla təmin etmək

Şəxsi keyfiyyətlər

• Məsuliyyətli
• İntizamlı
• Kamandada işləmə bacarığı
• Yüksək məntiq və təhlil qabiliyyəti
• Yaradıcı düşünmə
• Stresə davamlı

Əmək haqqı: 1300 - 1500 AZN

E-mail: hr@irtelecom.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP