
Araz Supermarketlər Şəbəkəsi Kommersiya üzrə analitik vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Bakı şəh., Məhəmmədi qəs.
Vəzifə öhdəlikləri:
- Məlumatları toplamaq, qiymətləndirmək və təhlil etmək; - Məlumatların təhlil etdikdən sonra praktiki tövsiyyələr hazırlamaq, düzgün proqnozlar vermək; - Büdcə və maliyyə proqnozlarının hazırlanması; - Maliyyə idarəetmə hesabatlarının hazırlanması vaxtında tərtib etmək və aidiyyatı olaraq təqdim etmək; - Təhlil nəticələrinə uyğun istehsal fəaliyyətinin düzgün təşkil edilməsinə, digər əməkdaşların praktiki tövsiyyələrə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək; - Məlumatların analiz edilməsində analitik və metodiki əsasları müəyyən etmək; - Digər aidiyyatı strukturlarla əməkdaşlıq etmək, lazımi məlumatları əldə etmək və struktur bölmələr arasında fəaliyyətlərin əlaqələndirilməsində rol oynamaq; - İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə arzuolunandır); - Maliyyə və məlumat analitikası üzrə ən azı 1 il iş təcrübəsi; - Rus dili biliyi mütləqdir (səlis danışıq və yazı); - Yüksək səviyyədə MS Office bilikləri; - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı; - Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.
Təminatlar:
- Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 6 günlük iş qrafiki; - Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Kommersiya üzrə analitik” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
|