“DB Advisor” şirkəti kopirayter vakansiyası üzrə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
• Müxtəlif sosial platformalar üçün reklam məhsullarının mahiyyətini əks etdirən yaradıcı sloqan, ad və mətnlərin yazılması; • Müxtəlif formatda reklam mətni və kontentlərin hazırlanması; • Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq; • Hədəf qrupu və bazarı araşdıraraq yeniliklərin izlənilməsi, onların işdə tətbiqi və kreativ həllər təklif etmək; • Fikirləri fərqli və yaradıcı formada təqdim etmək bacarığı; • Ayrı-ayrı ideyalarla bərabər, ilk addımdan yekun məhsula qədər tam konseptlərin • hazırlanması; • Bütün layihələrdə brendin kommunikasiya tərzinə uyğunluğu təmin etmək; • Görülən layihələrlə bağlı digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq aparmaq;
Tələblər:
• Filologiya, jurnalistika və ya marketinq sahəsində ali təhsil azru olunandır; • Azərbaycan və rus dilləri üzrə səlis danışıq və yazma bacarığı; • Yüksək səviyyədə kompüter bilikləri (sürətli araşdırma, MS Office proqramlarında operativ çalışma); • SEO konsepsiyaları haqqında anlayış üstünlükdür; • Müvafiq sahədə minimum 2-3 il iş təcrubəsi; • Kollektivlə işləmə bacarığı; • Yüksək məntiq və analiz qabiliyyəti; • İş qrafiki: sərbəst; • Əmək haqqı: iş yükündən asılı olaraq razılaşma əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər təcrübəsindən ibarət portfolio və CV formasını career_azerbaijan@database.az elektron poçt ünvanına mövzu hissəsində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.
|