Şirkət haqqında:
Ölkənin ən böyük optik mağazalar şəbəkəsi olan “Fokus Optika” MMC 2016-cı ildən fəaliyyətə başlamışdır. Yarandığı gündən etibarən Azərbaycanın optika sənayesinin inkişafında böyük rol oynayaraq atdığı addımlarla bir çox yerli müəssisələrə örnək olmuşdur.
“Fokus Optika” MMC-ə hal-hazırda HR Generalist axtarılır.
Vakansiya Bakı və Sumqayıt filialları üçün keçərlidir
Vəzifə öhdəlikləri:
• Kadr kargüzarlığının aparılması; • İşə qəbul üçün vakansiya elanlarının verilməsi; • Müsahibələrin təşkil edilməsi, keçirilməsi və namizədin yerləşdirilməsi; • Yeni işçilərin rəsmiləşdirilməsi,əmək müqaviləsi, məxfilik, tam-maddi məsuliyyət müqavilələrinin bağlanılması; • Yeni işçilərin oriyentasiya tədbirlərinin keçirilməsi, iş ilə tanış edilməsi və təhvil təslim formunun imzaladılması; • Mütəmadi olaraq işçilərin davamiyyət cədvəlinin tutulması, tabelin hazırlanması və mühasibatlığa göndərilməsi; • Performans sistemlərinin idarə edilməsi; • İşçi məzuniyyət cədvəllərinin hazırlanması və rəsmiləşdirilməsi.
Vəzifə tələbləri:
• Təcrübə: 2-3 il • Yaş: 25-35 • Texniki səriştələr: Müasir İnsan Resursları üzrə biliklər, Əmək Qanunvericiliyi biliyi (orta səviyyədə), MS Office (yaxşı). • Davranış səriştələri: Ünsiyyət, təhlil, dürüstlük. • Dil: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzu olunandır)
İş şəraiti:
• Əmək haqqı: 800-1000 AZN; • İş yeri: Bakı (ofis şəraiti); • İş qrafiki: 09:00-18:00; • İstirahət günü:Bazar günü; • AR Əmək məcəlləsinə uyğun sənədləşmə.
Qeyd edilən tələblərə uyğun göstəriciləri olan namizədlər öz CV-lərini mövzu yerində “HR Generalist” yazaraq vacancy@focusoptika.az e-mail ünvanına göndərə bilərlər.
|