
“Performance Center Co” MMC Texniki xidmət bölməsinə “Zəmanət işləri üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Vəzifələr:
• Zəmanət prosedurlarının istehsalçının və müştərilərin tələblərinə uyğun olaraq tənzimlənməsi və fəaliyyətinin təmin edilməsi; • Problemli və mürəkkəb zəmanət iddiaları ilə əlaqədar istehsalçı ilə danışıqların aparılması; • Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi; • Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin araşdırılması.
Tələblər:
• Ali təhsil (bakalavr) • Müvafiq sahədə 3 illik iş təcrübəsi; • Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığı; • Əməyin mühafizəsinin qayda və normalarını bilmək; • Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
Əlavə məlumat:
• İş günləri: həftədə 6 gün • İş saatı: 09:00-18:00 • Əmək haqqı: 1000-1500 AZN
Namizədlərdən öz tərcümeyi-halını hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.
|