
Şirkət haqda məlumat: Crispa Snacks MMC 2018-ci ilin əvvəlindən fəaliyyətə başlayan qida istehsalçısıdır. Crispa brendinin əsas məqsədi təbii və sağlam çərəz sektorunda qabaqcıl yerlərdən birini tutmaqdır. Crispa məhsulları 100% natural və orqanikdir. Şirkətimiz Azərbaycan Qida Təhlükəsizliyi agentliyi sertifikatını və bununla yanaşı ISO 22000:2018 beynəlxalq sertifikatını da əldə etmişdir. Crispa məhsullarının satışı ölkəmizin bütün supermarket şəbəkələrinə təşkil edilmişdir.
Sürücü vakansiyası(FMCG sahəsində)
• Şirkət: Crispa Snacks MMC • Ərazi: Bakı • Əmək haqqı: Müsahibə əsasında • Yaş həddi: 22 — 30 yaş • İş rejimi: Tam iş günü (5 gün) • Müqavilə: Əmək müqaviləsi
Vəzifə Öhdəlikləri
- Marketlərdən götürülən sifarişlərin gündəlik ruta uyğun olaraq çatdırılması - Sifarişlərin təhvil-təslim prosesini dəqiq, səliqəli və sənədləşməyə əsasən həyata keçirilməsi - Gündəlik görülən işlər barədə rəhbərliyə məlumat verilməsi
Tələblər
- Azərbaycan dilini səlis bilmək - Çatdırılmada şəbəkə marketlərdə təcrübəsinin olması - BC kateqoriyalı sürücülük vəsiqəsi - Minimum 2 il iş və sürücülük təcrübəsi(FMCG sahəsində) - İşinə qarşı məsuliyyətli, səliqəli və intizamlı olmalı - Bakı şəhərini yaxşı tanımalı - Təqdimat və kommunikasiya bacarığı - Dəqiq, punktual, analiz etmə, planlama bacarığı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sürücü” qeyd edərək öz CV-lərini hr@crispa.az elektron ünvanına göndərmələri xahiş olunur.
|