Merchandiser (FMCG sahəsində)
 
JOB TITLE: Merchandiser (FMCG sahəsində)
EMPLOYER: Crispa Snacks DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-11 LAST UPDATED: N/A DEADLINE: 2021-02-10

Şirkət haqda məlumat: Crispa Snacks MMC 2018-ci ilin əvvəlindən fəaliyyətə başlayan qida istehsalçısıdır. Crispa brendinin əsas məqsədi təbii və sağlam çərəz sektorunda qabaqcıl yerlərdən birini tutmaqdır. Crispa məhsulları 100% natural və orqanikdir. Şirkətimiz Azərbaycan Qida Təhlükəsizliyi agentliyi sertifikatını və bununla yanaşı ISO 22000:2018 beynəlxalq sertifikatını da əldə etmişdir. Crispa məhsullarının satışı ölkəmizin bütün supermarket şəbəkələrinə təşkil edilmişdir.

Merchandiser vakansiyası(FMCG sahəsində)

• Şirkət: Crispa Snacks MMC
• Ərazi: Bakı
• Əmək haqqı: Müsahibə əsasında
• Yaş həddi: 20 — 30 yaş
• İş rejimi: Tam iş günü (5 gün)
• Müqavilə: Əmək müqaviləsi

Vəzifə Öhdəlikləri

- Şirkətin məhsullarını dəqiq tanımaq və məhsul barədə məlumatlı olmaq(tərkibi, keyfiyyəti və s.)
- Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək
- Rəflərdə şirkət məhsullarının tələblərə uyğun olaraq düzgün düzülüşünü təmin etmək
- Merchandising standartlarını həyata keçirmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
- Sifarişləri qəbul etmək və sistemə göndərmək
- Qiymət dəyişiklərinə nəzarət etmək (Rəfdə qiymətin olmasına nəzarət)
- Daxili nizam-intizam qaydalarına əməl etmək
- Gün ərzində olduğu hər bir satış nöqtəsi barədə rəhbərliyə məlumat verilməsi

Tələblər

- Azərbaycan dilini səlis bilmək
- Çatdırılmada şəbəkə marketlərdə təcrübəsinin olması
- İşinə qarşı məsuliyyətli, səliqəli və intizamlı olmalı
- Təqdimat və kommunikasiya bacarığı
- Minimum 3 ay distribüsiya şirkətində və ya şəbəkə marketdə iş təcrübəsi olmalıdı
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Cəld, dinamik, məsuliyyətli, dəqiq, icraçılıq qabiliyyəti
- Komandada işləmə bacarığı
- Bakı şəhərini yaxşı tanımalı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Merchandiser” qeyd edərək öz CV-lərini hr@crispa.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP