Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: NOVCO Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-12 LAST UPDATED: N/A DEADLINE: 2021-02-11

Vəzifə: Satış təmsilçisi

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkətimiz Liu JO, Coccinelle, Tommy Hilfiger, Bebe, Calvin Klein, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, Six, United Colors of Benetton, Sisley, OVS və s. dünyanın tanınmış brendlərini özündə birləşdirir.

Vəzifə öhdəlikləri:

• Mağazada mövcud olan hər bir məhsul çeşidi haqqında məlumatlı olmaq
• Müştərini brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik etmək
• Müştəri xidmətləri standartlarına uyğun xidmət göstərmək
• Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
• Məhsulun müştəriyə düzgün təqdimatı
• Nizam intizam qaydalarına riayət etmək

Tələblər:

• Yaş həddi: 20-30
• Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili - əla
• İş təcrübəsi: Pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi (kosmetika, üz və bədən qulluğu vasitələrinin satışı sahəsi arzuolunandır)
• Müştəri xidməti standartları
• Aktiv, ünsiyyətcil, xoş görünüşlü, düzgün nitq qabiliyyəti

Əmək şəraiti:

• Stabil əmək haqqı+ bonuslar
• İş qrafiki: 6 günlük iş rejimi
• Əmək məzuniyyəti
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Karyerada yüksəliş imkanları

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini cv@novco.com e-mailinə, mövzu hissəsində “ Satış təmsilçisi” qeyd edib göndərilməsi və ya 050 250 11 09 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP