Müxtəlif vəzifələr
 
JOB TITLE: Müxtəlif vəzifələr
EMPLOYER: Compass International DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-12 LAST UPDATED: 2021-01-12 DEADLINE: 2021-02-11

Compass İnternational MMC aşağıdakı vəzifələr üzrə işçi qəbulu elan edir:

Premium Şərab və Qida Mağaza Meneceri:

- Qida və spirtli içki satışında minimum 3 il təcrübənin olması (şərab satışında təcrübəsi olanlara üstünlük verilir)
- Azərbaycan və Rus dillərini bilmək (İngilis dili biliyi arzuolunandır)
- İnsanlar ilə rahat ünsiyyət qurmaq qabiliyyəti
- Satış texnikalarına bələd olmaq və təcrübə
- Məsuliyyətli və komanda daxilində işləmə bacarığının olması
- Öyrənməyə və inkişafa açıq olmaq

Öhdəlikləri:

- Mağazanın fəaliyyətinə cavabdehlik daşımaq
- Satış təmsilçilərinin idarə olunması və onların işlərinə nəzarət və cavabdehlik
- Gündəlik satışların təşkili və müştərilər ilə ünsiyyət
- Müştəri bazasının yığılması və müştərilərin məhsullar və yeniliklər ilə bağlı məlumatlandırılması
- Mağaza stoklarına cavabdehlik
- Mağazada olan məhsullara nəzarət (istifadə müddətləri, məhsulların stok vəziyyətləri, rəf düzülüşləri və s)
- Həftəlik sifarişlərin yığılıb hazırlanması və müdriyyətə ötürülməsi
- Satış hədəflərinin tutdurulmasına nəzarət və cavabdehlik
- Məhsullar ilə bağlı məlumatların öyrənilməsi və satış personalının təlimi

İşə qanunvericiliyin tələblərinə əsasən qeydiyyata alınır.

- 6 günlük iş rejimi
- Net maaş və satış hədəflərinə əsasən bonus

Maraqlananlar CV-lərini ileri@compassintlgroup.com ünvanına göndərə bilər.


Premium Şərab və Qida Mağazasına Satış Təmsilçiləri:

- Qida və spirtli içki satışında təcrübənin olması (şərab satışında təcrübəsi olanlara üstünlük verilir)
- Azərbaycan və Rus dillərini bilmək (İngilis dili biliyi arzuolunandır)
- İnsanlar ilə rahat ünsiyyət qurmaq qabiliyyəti
- Satış texnikalarına bələd olmaq və təcrübə
- Məsuliyyətli və komanda daxilində işləmə bacarığının olması
- Öyrənməyə və inkişafa açıq olmaq
- Satışın həyata keçirilməsi
- Məhsullar ilə bağlı müştərilərə lazimi məlumatların verilməsi

Öhdəlikləri:

- Gündəlik satışların təşkili və müştərilər ilə ünsiyyət
- Mağazada olan məhsullara nəzarət (istifadə müddətləri, məhsulların stok vəziyyətləri, rəf düzülüşləri və s) və Mağaza menecerinə məlumatların ötürülməsi
- Satış hədəflərinin tutdurulmasına cavabdehlik
- Məhsullar ilə bağlı təlimlərdə iştirak və məlumatlı olmaq
- Məhsullar ilə bağlı müştərilərə məlumat verə bilmə qabiliyyətinin olması

İşə qanunvericiliyin tələblərinə əsasən qeydiyyata alınır.

- 6 günlük iş rejimi
- Net maaş və satış hədəflərinə əsasən bonus

Maraqlananlar CV-lərini ileri@compassintlgroup.com ünvanına göndərə bilər. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP