
İnsan Resursları departamentinin direktoru tələb olunur.
Şəxsi keyfiyyətlər:
o Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı; o Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; o Hesabatın hazırlanması və yazışma bacarığı; o Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti; o Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti; o Ünsiyyət qurabilmə qabiliyyəti; o Etikalı olmaq;
Peşəkar tələblər:
o Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması; o Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi; o İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması; o Iki illik yüksək rütbəli vəzifədə qazanılmış təcrübə də daxil olmaqla, bu sahədə bütövlükdə minimum dörd illik təcrübəyə malik olması; o Departament işlərini planlaşdırma bacarığına malik olması;
Vəzifə öhdəlikləri:
• İnsan Resursları Departamentinin işinin təşkili və idarə edilməsi planlarını və siyasətini inkişaf etdirir; • Strateji planın hazırlanması və icrası; • Təşilatın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsi; • İnsan Resurslarının idarə edilməsilə əlaqəli daxili prosedurların hazırlanması və icrasına nəzarət; • İR planının hazırlanması və məqsədlərin həyata keçirilməsi üçün İRK-nin yaradılması; • Təşkilatın tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçiləri cəlb etmək; • Baza əmək haqqı sisteminin yaradılması; • İşə götürmə qaydalarının yaradılması, ( işə qəbul CV-lərinin toplanılmasına nəzarət, testlərin hazırlanması, müsahibənin təşkili işə qəbul zamanı əmək kitabçalarının açılmasına və əmək müqaviləsinin bağlanmasına nəzarət); • İş təhlilinin aparılması və vəzifə təlimatlarının hazırlanması; • Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi; • Təşkilatın tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması; • Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının qiymətləndirilməsi və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması; • Bankı potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək strategiyanın hazırlanması və icrası; • Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi; • Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş zamanı çıxan problemlərinin həllinə kömək göstərmək; • Yüksək göstəriciləri olan işçilərin bankda qalmasını nizamlayan, bankın məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaratmaq; • Müvafiq dərəcə və yüksəlmə strukturuna əsasən işçilərin mükafatlandırılması üçün bank üzrə mükafatlandırma proqramlarının yaradılması və həyata keçirilməsi; • Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramlarının tərtib edilməsi və həyata keçirilməsi; • Departament nəzdində fəaliyyət göstərən şöbələrin işinə birbaşa nəzarət etmək və cavabdehlik daşımaq; • İş yerində stimullaşdırma yaratmaq məqsədilə işçilər üçün həvəsləndirici mükafatların müəyyən edilməsi; • İşdən azad etmə və vəzifə dəyişmənin işçilərə olan neqativ təsirini nəzərə alaraq onun peşəkar, ədalətli və işçiyə və kollektivə mümkün qədər az təsir göstərən idarə olunması ƏM çərçivəsində təmin edilməlidir; • İR idarə edilməsi ilə əlaqədar informasiyanın effektiv və dəqiq təmin və emal edilməsinə, başqa biznes sistemləri və prosesləri ilə bütövlük təşkil etməsinə nail olma; • İşçilər üçün Təlimat Kitabçası, Etik davranış Məcəlləsi yazıb həyata keçirir;
CV-ləri İnsan Resursları departamentinin direktoru mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
|