
Satış meneceri
İş barədə məlumat
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması; • Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması; • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi; • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi; • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; • Əmək haqqı – 700 AZN və satışdan yüksək faiz; • İş qrafiki: 09:00 - 18:00; • İstirahət günü - Bazar günü.
Namizədə tələblər
• Ali təhsil; • Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili arzuolunandır; • Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi; • İnşaat avadanlıqları, lift və eskalatorların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir; • Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ; • Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı; • Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ; • Müştərilərə malı təqdim etmək bacarığı; • Satış işinin qurulması bacarığı; • Məsuliyyət,dinamiklik; • Sürücülük vəsiqəsinin olması; • Yaş həddi : 25-35
Maraqlanan namizədlərdən öz CV-lərini leyla.abdullazade@gerlift.az poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla göndərmələri xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
|