
“PAŞA Sığorta” ASC namizədləri Marketinq araşdırmaları və yeni məhsulların hazırlanması üzrə mütəxəssis (Marketing Research and New Product Development Specialist) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
- Yeni məhsulların yaradılması” proseduruna uyğun olaraq ideyaları lazımi mərhələlərdən keçirməklə məhsulları yaratmaq/ məhsullar üzrə layihələri idarə etmək; - Məhsullar üzrə daxili bazada yerləşən verilənləri (data) intellektual təhlil etmək – mövcud məhsulların xarakteristikasını öyrənmək; - Məhsullar üzrə xarici marketinq araşdırmasını aparmaq və ehtiyac olduğu zaman bazar araşdırması layihələrini təşkil/ icra etmək - Şirkət daxili ideyaların cəmləşdiyi platformaya daxil olan təkliflərin ilkin analitikasını aparmaq, müvafiq əməkdaşlarla görüşlər təşkil etmək, ideyaları ətraflı müzakirə etmək - Təklifləri, ideyaları, sorğuları reyestrə daxil etmək və mütəmadi olaraq statusları yeniləmək - Təklifləri, ideyaları, sorğuları prioritetlər üzrə sıralamaq; - Məhsullar üzrə qiymətin/ tarifin (sığorta haqqı), şərtlərin hazırlanmasında/ yenilənməsində və s. işlərdə aktuariat və anderraytinq istiqamətlərinə dəstək göstərmək; - Məhsullar üzrə tələbləri müştəri ehtiyaclarına əsasən hazırlamaq/ uyğunlaşdırmaq; - Məhsulların avtomatlaşması mərhələsində biznes analitiki ilə sıx işləmək, tələbləri düzgün kommunikasiya etmək; - Sığorta məhsulları üzrə müvafiq əməkdaşlara təqdimatlar/ təlimlər keçirmək, müxtəlif kommunikasiya metodları ilə onları məlumatlandırmaq və uyğun olarsa əməkdaşların məhsullar üzrə biliklərini yoxlamaq; - Məhsulların bazara təqdim edilməsində müvafiq istiqamətlərə (məs. marketinq kommunikasiyaları) dəstək olmaq; - Yeni məhsullar üzrə mütəmadi olaraq monitorinq aparmaq, analitika etmək və hesabatlıq hazırlamaq. - Məhsullara dair digər istiqamətlərin sorğularını cavablandırmaq, dəstək göstərmək; - Sığorta məhsulları üzrə peşəkar və texniki biliklərin artırılması üçün müvafiq kvalifikasiyaları (Cert CII, Dip CII) əldə etmək, seminarlarda və təlimlərdə iştirak etmək; - Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək
Biliklər və Bacarıqlar
- Biznesin idarə edilməsi, Marketinq, Layihələrin idarə edilməsi və ya digər uyğun istiqamət üzrə bakalavr və ya magistr təhsili; - Marketinq (əsasən məhsulların yaradılması və idarə edilməsi istiqaməti), layihələrin idarə edilməsi, biznesin inkişafı, və ya digər oxşar istiqamət üzrə minimum 2 il iş təcrübəsi. - Dil bilikləri: Azərbaycan və İngilis dilini yüksək səviyyədə bilmək; Rus dilini orta səviyyədə bilmək; - Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı. - Güclü analitik və problemləri həll etmə bacarıqları; - Güclü kommunikasıya və liderlik bacarıqları; - Baş verən hadisələri, trendləri və müştəri ehtiyaclarını analiz etmə bacarığı.
Son müraciət tarixi: 30 yanvar 2021-ci il.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “(Marketing Research and New Product Development Specialist” “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
|