
Şirkət: ADY Ekspress MMC Vəzifə: İnzibati işlər və təchizat şöbəsinin aparıcı mütəxəssisi İş yeri: Bakı, Xətai Biznes Mərkəzi
Öhdəliklər:
• Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək; • Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; • Əməliyyatların reyestrinin aparılması; • Alınan Mal/xidmət həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilməsi; • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək; • Ofis inventarlarının miqdarını müəyyən etmək məqsədi ilə anbarın yoxlanılması, təchizat ehtiyaclarının müəyyənləşdirilməsi; • “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
Tələblər:
• Ali təhsil; • Aidiyyatı sahə üzrə 2-3 il iş təcrübəsi; • Microsoft Office proqramları, xüsusi ilə MS Excel proqram təminatında və 1C proqramında yaxşı səviyyədə işləmək bacarığı; • Azərbaycan-dilində sərbəst danışıq və yazma bacarığı, rus və ingilis dili biliyinin olması üstünlükdür; • Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti;
Xahiş olunur CV-lərinizi 12 Fevral 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “İnzibati işlər və təchizat şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə hr@adyexpress.az ünvanına göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.
|