
İnsan resursları üzrə aparıcı mütəxəssis
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat - Kompüter bilikləri: MS Office - əla; - Dil bilikləri: İngilis - yaxşı, Rus – yaxşı; - Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 3 il iş təcrübəsi; - İnsan resurslarının idarə edilməsi üzrə xüsusi ilə işə qəbul (Recruitment), performansın idarə edilməsi (Performance Managament), talantların idərəedilməsi (Talant Managament), iş gücünün planlaşdırılması (Workforce planning) kimi sahələrdə nəzəri və praktiki biliklər; - Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər; - Planlaşdırma, Proqnoz və hesabatların tərtib edilməsinə dair praktiki biliklər; - Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik; - İntizamlılıq; - Yenilikçi və proaktiv yanaşma; - Komanda işi; - Etibar yaratma; - Keyfiyyət yönümlülük; - Məqsəd yönümlülük; - Nəticə yönümlülük; - Fərdi inkişaf və peşəkarlığa yönümlülük; - Araşdırma, təhlil, müqayisə və qərar vermək; - Motivasiya; - Ünsiyyət qurma.
Digər tələb və üstünlük göstəriciləri:
- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil; - İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat; - Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.
İş barədə:
- İnsan resurslarının fəaliyyət istiqamətləri və funksiyaları (Planlaşdırma, işə qəbul, təlim və karyera, kadr inzibatçılığı və s.) üzrə nəzərdə tutulan işlərin tətbiq edilməsi üçün prosedur və proseslərin hazırlanmasında iştirak; - İnsan resurslarının planlaşdırılması, işə qəbul, adaptasiya, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası: - İnsan resurslarının panlaşdırılması ilə əlaqədar kəmiyyət və keyfiyyət göstəriciləri üzrə işlərin icrası və hesabatların hazırlanması; - İşə qəbul prosesinin təşkili, işçi tələbi və namizəd seçimi prosesinin idarə edilməsi; - Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkil edilməsi; - İşçilərin xidməti fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə müvfiq işlərin təşkili və nəticələri üzrə hesabatların hazırlanması; - İşçilərin motivasiyasının yüksəldilməsi məqsədi ilə motivasiya vasitələri üzrə proqramların hazırlanması və tədbirlərin təşkil edilməsi; - Əmək haqqının hesablanması üzrə işlərin icrası. - Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması; - Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi; - Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi; - Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı:
- Namizədin bilik və bacarığına uyğun olaraq
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə aparıcı mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Babək “Sirab” ASC haqqında:
“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır. Daha ətraflı.. https://www.sirab.az/haqqinda.aspx
|