Şirkət: Otomall MMC
Otomall şirkəti 2018-ci ildən fəaliyyət göstərir və ikinci əl avtomobillərin satışı ilə məşğuldur. İkinci əl avtomobil bazarında güvənli alış və satış prinsipilə fəaliyyətini həyata keçirir.
Vəzifə: Satış üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• Mağazaya gələn zəngləri qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu barədə məruzə etmək • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək • Müştəriləri ofisdə qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək • Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
İş qrafiki
• İş rejimi: həftədə 6 gün • Əmək haqqı: 500-700 AZN • Əlverişli iş mühitində çalışmaq imkanı • Karyera yüksəlişi imkanı • Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Namizəddə tələblər
• Satış təcrübəsi arzu olunandır • Sürücülük vəsiqəsi olmalıdır • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı • Satış qabiliyyəti olmalı
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə hr@otomall.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 070 315 04 04
|