Sorğu xidmətinə müştəri əlaqələri üzrə əməkdaş
 
JOB TITLE: Sorğu xidmətinə müştəri əlaqələri üzrə əməkdaş
EMPLOYER: Starex DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-13 LAST UPDATED: N/A DEADLINE: 2021-02-12

Starex.az” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.

Vəzifə : Sorğu xidmətinə müştəri əlaqələri üzrə əməkdaş
Əmək Haqqı : 400 Azn
İş yeri : Atatürk prospekti 4A
İş rejimi : Həftədə 6 gün

Vəzifə öhdəlikləri :

- Gündəlik daxil olan online sorğuların cavablandırılması və yekunlaşdırılması
- Araşdırılması tələb olunan sifarişlərlə bağlı mütəmadi olaraq mağazalar ilə danışıqların aparılması.
- Sorğuların müvafiq şöbələrə yönlədirilməsi.

Namizədə Əsas Tələblər:

- Kompüter proqramlarında sərbəst işləmək bacarığı
- Yalnız xanım namizədlər
- Yaş həddi :20 – 35 yaş aralığı
- Məsuliyyətli , müştəri yönümlü və problem həll etmə bacarığı
- Ana dilini qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları
- Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini müraciət edilən vəzifə adı “Sorğu xidmətinə müştəri əlaqələri üzrə əməkdaş” qeyd etməklə, hr@starex.az elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP