SMM Qrup Rəhbəri (Team Leader)
 
JOB TITLE: SMM Qrup Rəhbəri (Team Leader)
EMPLOYER: FİL Agency MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-13 LAST UPDATED: N/A DEADLINE: 2021-02-12

Vəzifə : SMM Qrup Rəhbəri (Team Leader)
Əmək haqqı: 800-1000 azn
İş Yeri : Əhməd Rəcəbli 156 (Aynalı Plaza)

Vəzifə öhdəlikləri:

- Agentliyin müştəriləri ilə əlaqələrin qurulması, koordinasiyası
- Komanda ilə müştərilərin əlaqəli işləməsinin təmini, işin gedişinə nəzarət
- Müştərilərin istək, təklif və tələblərini agentlik əməkdaşları arasında düzgün bölüşdürmə və icrasına nəzarət
- Mütəmadi müştərilərlə ünsiyyət, plana uyğun olaraq müştərilərin ziyarət edilməsi, görüşlərin keçirilməsi
- Komanda üzvləri arasında əlaqəli işin təşkili, verilmiş deadline-lara ciddi riayət edilməsinin təmini
- Müştərilərə yaradıcı həllər təklifində komanda üzvləri ilə birgə iştirak, istiqamət verilməsi
- Müştərilərə dövrü təqdim edilməli olan hesabatların zamanında göndərilməsi
- Müştərilərin post planlarının təyin edilmiş zamanda hazırlanması, təqdimatı və iş prosesinin təşkili
- Özünün və işçilərinin fəaliyyətini təhlil edib hesabatlar hazırlamaq, aylıq olaraq müştərilərlə iş və daxili komanda ilə iş üzrə təkliflər hazırlamaq

Namizədə tələblər:

- Sosial media sahəsində ən azı 2 ilədək iş təcrübəsi
- Yeni trendləri izləmək, daim işin detalları barədə məlumatlı olmaq, təşəbbüskar olmaq
- Azərbaycan dilində səlis danışıq və yazma. Rus və İngilis dili üstünlükdür.
- Fərqli sektorlarda, fərqli istiqamətlərdə işin idarə edilməsinə həvəsli olma
- Ümumi marketinq barədə məlumatlı olması böyük üstünlükdür
- Yaradıcı düşünmə, SMM sahəsində texniki biliklərə sahib olması
- Ünsiyyət qurma bacarığının yüksək olması
- Problemli situasiyalardan çıxma və həll təklif etmə bacarığı
- Müştəri yönümlü olması vacibdir. Müştərilər və əməkdaşlarımız bizim ən böyük dəyərimizdir.
- Sosial media kanallarında reklam yerləşdirilməsində təcrübəsinin olması, analitik təhlilləri edə bilmək
- Müştərilərlə iş və ünsiyyət zamanı vaxt baxımından elastik ola bilmək
- Kompüter proqramlarında sərbəst işləmək (ən az orta səviyyədə excell bilgisi, aydın, vizual oxunaqlı power point təqdimatları hazırlaya bilmək)
-Namizədlərin agentlik təcrübəsinin olmasına üstünlük verilir, şərt deyil.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini rafiq@filagency.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “SMM Qrup Rəhbəri” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP