Vakansiyanın adı: İnsan resurslarının idarəolunması şöbəsi, mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Yeni işə qəbul edilən işçilərin bütün sənədləşmə işini təşkil etmək; • Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək; • Elektron hökumət portalında yeni işçilərin əmək müqavilələrinin bağlanılması, dəyişdirilməsi və xitam verilməsi barədə bildirişlərini qeydiyyata almaq; • texniki tədbirlərin görülməsini təmin etmək: • işə qəbulla bağlı sənədlər imzalanmalı; • işçinin ofis daxilində yerləşdirilməsi və texniki baxımdan hazırlığı təmin olunmalıdır; • şöbədaxili hesabatların (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək. • işçilərin qanunvericilik və Cəmiyyətdaxili müvafiq təlimat əsasında şəxsi işlərini hazırlamaq; • vəzifə dəyişikliyi zamanı şəxsi işlərə əlavələr etmək; • işçilərin sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını təmin etmək; • əmək kitabçalarının qeydiyyatını aparmaq, əmək kitabçalarının müvafiq hissələrini doldurmaq; • əmək müqavilələrinin və onlara əlavələrin qeydiyyatını aparmaq. • Daxil olan vətəndaş müraciətlərin baxılması, vətəndaşlar ilə müsahibənin təşkili.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office proqramlarında işləmək bacarığı; • Dil bilikləri: Azərbaycan və İngilis dili sərbəst, Rus dili arzuolunandır; • Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli; • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq ixtisaslar üzrə ali təhsil; • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " İnsan resurslarının idarəolunması şöbəsi, mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.planning20@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
|