
Baş mühasib tələb olunur
İcra edəcəyi iş :
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir - Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir - Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması - Vergi orqanları ilə yazışmalar - Vergi və mühasibat uçotunun aparılması - Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması - Vergi hesab fakturaların yazılması - Bank və kassa əməliyyatları - Rəhbərlik tərəfindən verilən tapşırıqlar vaxtında yerinə yetirilməli.
Namizədə tələblər
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır) - Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı - Komandada işləmək bacarığı - Məsuliyyətli və işində dəqiq - Vergi Məcəlləsini bilməli - İxtisas üzrə 3 il və daha çox iş təcrübəsi - MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli - Lizinq sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti :
- Stabil iş - AR ƏM əsasən rəsmiləşdirmə - Əmək haqqı müsahibə əsasinda əməkdaşın bilik və savad səviyyəsinə uyğun təyin ediləcək - Korporativ nömrə ilə təmin ediləcək - İş rejimi: 09:00-dan 18:00-dək - İş yeri: Bakı ş, Nizami r-nu, Heydər Əliyev pr 115 Caspian Sport Plaza
Xahiş olunur CV-ləri Baş mühasib başlığı ilə hrmassi2@gmail.com ünvanına göndərsinlər.
|