Xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəisi
 
JOB TITLE: Xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəisi
EMPLOYER: Rabitabank OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-26 LAST UPDATED: 2021-01-26 DEADLINE: 2021-02-25

RabitəbankASC Xidmətin keyfiyyətinə nəzarət şöbəsinin rəisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

• Bank müştərilərinə təqdim edilən xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirmək;
• Xidmət keyfiyyəti göstəricilərini və qiymətləndirmə meyarlarını hazırlamaq;
• Bankın (mövud və yeni yaradılan) məhsullar və xidmətləri, eləcə də biznes-proseslərin təkminləşdirilməsi ilə bağlı xidmət keyfiyyətilə əlaqədar rəy və təkliflər vermək;
• Xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə məsafədən monitorinqləri həyata keçirmək;
• Bankın Xidmət Keyfiyyətilə əlaqəli sahələrdə çalışan əməkdaşlarının bilik və təçrübə səviyyəsi ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar edildikdə onlar üçün təlim-tədris proqramlarının təşkil edilməsi ilə bağlı Bankın aidiyyəti struktur bölmələrinə təkliflər vermək, həmin əməkdaşlar üçün xidmət keyfiyyəti ilə bağlı təlimlər keçmək;
• Bankda xidmət keyfiyyətilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər vermək;
• Strukturun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasını təmin etmək;
• Strukturun fəaliyyəti ilə bağlı Əməliyyat planı hazırlamaq və bu planın icrası ilə bağlı müvəfiq tədbirlər həyata keçirmək;
• Strukturun işinin kordinasiyasına və işin effektivliyinə nəzarəti həyata keçirmək.

Namizədə olan tələblər:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
• Sahə üzrə azı 3 il iş təcrübəsi;
• Müştəriyönümlü olmaq;
• Analitik düşüncə, yüksək kommunikasıya və təqdim etmə bacarığı;
• Azərbaycan dili səlis, Rus və İngilis dilini arzuolunandır;
• İdarəetmə, liderlik və təşkilatçılıq qabiliyyəti;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP