Memar
 
JOB TITLE: Memar
EMPLOYER: Qala Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-25 LAST UPDATED: 2021-02-02 DEADLINE: 2021-02-24

Qala Group MMC 

Vəzifə: Memar

İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

• Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
• Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
• Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması, tikinti sahəsində işə tam nəzarət edilməsi;
• İlkin eskizin/cizginin hazırlanması;
• İlkin eskiz/cizgini baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
• Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
• Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
• Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (elektron versiyalı prezentasiya materialları) hazırlanması.

Digər məlumat:

• Altıgünlük iş qrafiki (Ayda 2 şənbə). Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
• Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.

Vəzifəyə dair tələblər:

• Müvafiq sahədə ali təhsil;
• Müvafiq sahədə 6 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
• ArchiCAD,AutoCAD, 3DsMax;
• Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
• müstəqil və ya komanda daxilində işləmək bacarığı;
• Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Xahiş olunur şəkilli CV-ləri hr@qalagroup.az e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “Memar” qeyd edin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP