Hostes
 
JOB TITLE: Hostes
EMPLOYER: Prive Steak Gallery Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-25 LAST UPDATED: N/A DEADLINE: 2021-02-24

HAQQIMIZDA

2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.

MİSSİYAMIZ

Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !

VİZYONUMUZ

Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq !

Vakansiya: Hostes

İş yeri: Prive Steak Gallery
Ünvan: Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki - həftədə 6 gün
Əmək haqqı- 500 AZN +% (700-800)

Namizədə olan tələblər;

- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Rus dili (əla) İngilis dili (əla),
- Xoş görünüş, ünsiyyət, gülərüzlük , operativlik, kollektivlə işləmək bacarığı, diqqət, məsuliyyət kimi müsbət göstəricilər.

Vəzifə öhdəlikləri:

- Telefon zənglərinə cavab vermək ,rezervasiyaları götürmək, paket sifarişlərini qəbul etmək və s.
- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək. Yeni gələn müştəriləri qarşılamaq, oturmaları üçün masa təklif etmək , onları seçdikləri masalara müşayət etmək, menyunu təqdim etmək.
- Qonaqların istək və şikayətləri ilə maraqlanmaq və həmkarlarını bu barədə məlumatlandırmaq.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com e-mail ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP