
“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi “STP-AH MMC” (Metaləritmə)
Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.
Vəzifənin adı : Satınalma üzrə menecer
Özünə və peşəkarlığına güvənən, istehsalatın satınalma sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd :
- Ali təhsilli; - Analoji sahədə ən azı 3/5 illik iş təcrübəsi olan; - Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir; - Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməlidir; - Planlama qabiliyyətinin (tələbin planlaşdırılması) olması; - Bazar araşdırılması və analiz edilməsi;
O cümlədən :
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı; - İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı; - Kritik düşünmə və təhlil etmə bacarığına malik olmalı;
Hansı işləri görəcəksiniz :
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etməli; - Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləməli; - Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli; - Şirkətin tədarük zəncirini gücləndirən təyin olunmuş əmtəə strategiyalarını dəstəkləyir, danışıqlar aparır və həyata keçirir; - Potensial təchizatçıları araşdırır və məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli; - Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); - Əsasən 2 istiqamədə: inzibati işlər və istehsalat, zavod məhsulları üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət etməli; - Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli; - Ödəniş sorğularını həyata keçirməli, ödənişlərə nəzarət etməli; - Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili; - Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; - Adekvat əmək haqqı; - Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; - Davamlı karyera imkanı;
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında; - Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; - İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi; - İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə menecer” yazaraq cv@stp.az ünvanına göndərmələri xahiş olunur.
|