Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Caspian Audit DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-25 LAST UPDATED: 2021-01-25 DEADLINE: 2021-02-24

2008-ci ildə "AGA" Qrup tərəfindən təsis edilmiş "Caspian Audit" MMC bu gün Azərbaycan bazarında maliyyə və mühasibatlıq, kadr kargüzarlığı və İnsan Resurslarının idarəedilməsi, vergi və miqrasiya konsaltinqi sahələrində öz əvəzolunmaz yerini tutmağa nail olmuşdur.”Kaspian Audit” MMC hal-hazırda 30-dan çox şirkətə öz xidmətlərini təqdim edir.

Vakansiya: “Mühasib

Əmək haqqı: müsahibə əsasında təyin olunacaq

Tələblər:

- Yaş həddi: 25-35;
- Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
- Ali təhsil ;
- 1C (8.3) proqramında işləmək bacarığı.

Vəzifələr:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
- Karyerada inkişaf imkanları.

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini mövzu yerində “Mühasib” qeyd edərək hr@caspianaudit.com elektron ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP