
“Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya ”xarici təchizat üzrə mütəxəssis” vakansiyasıdır.
Vəzifə öhdəlikləri:
• Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi; • Satınalma və təchizatla bağlı xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması; • Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi; • Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi; • Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi; • Satınalma və təchizat strategiyasının hazırlanması, inkişafı və həyata keçirilməsi; • İllik satınalma planının hazırlanması; • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması; • Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması; • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi; • Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi; • Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi; • Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması; • Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması. • Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.
Vəzifə ilə bağlı tələblər:
• Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir; • Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı; • Ali təhsil; • Planlama, analiz və idarəetmə bacarığı; • MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması; • MS Project üzrə biliyin olması arzuolunandır. • Xarici ölkələrə ezamiyyələrə hazır olması;
Əlavə məlumat:
• Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir. • İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur. • Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq təyin olunacaqdır.
CV-lərinizi hr@melissagroup.az ünvanına "Xarici təchizat üzrə mütəxəssis" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
|