
“Kredit Evi” QSC “Sumqayıt” filialı üçün “Xəzinədar” vakansiyası elan edir.
“Xəzinədar” üçün tələblər:
- Yaş həddi: 21-30 yaş - Cins: Qadın - Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır); - İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə); - Azərbaycan dili yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı - Nağd pulla intensiv işləmə bacarığı; - Gərgin iş qrafikində işləmək bacarığı; - Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı; - Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti; - İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı; - İşdə dəqiqlik və detallara diqqətlilik. - Müştərilərlə xoş ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması - Müştərilərə xəzinə xidməti göstərilməsi. - Kassa dövriyyəsi haqqında hesabat hazırlanması. - Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması - Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi. - Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) hr@kreditevi.az ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt - Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
|