
Kassir Şirkətimiz SuperToys oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Supertoys mağazaları 2017-ci ildən etibarən, Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.
Tələblər:
• Cins : Xanım • Yaş: 22-30 • Dillər: Azərbaycan - səlis, Rus dili bilməsi arzuolunandır • Kassir kimi ən azı 1 il təcrübə • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı; • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli; • Microsoft Office programları üzrə biliklərə malik olmalı; • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır
Vəzifə:
• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir; • Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir; • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir; • Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır; • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil; verilməsini təmin edir; • Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir; • Yaranan problemlərlə bağlı mağaza administratoruna müraciət edir; • Mağaza administratorun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir.
Şirkət təklif edir:
• Əmək haqqı 400 AZN + bonus • Növbəli iş qrafiki ilə altı günlük iş həftəsi • Peşəkar böyümə və inkişaf • Rəsmi qeydiyyat
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@supertoys.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Kassir” qeyd olunmaqla, göndərə bilərlər.
|