Əlaqə Mərkəzinin mütəxəssisi
 
JOB TITLE: Əlaqə Mərkəzinin mütəxəssisi
EMPLOYER: SR Group Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-26 LAST UPDATED: N/A DEADLINE: 2021-02-25

 

SR Group” müxtəlif sahələrdə yeni-yeni uğurlara imza atan gənc bir şirkətdir.

Biz, bir neçə avtomobil brendi, elektronika mağazalar şəbəkəsi, tikinti və s. sahələr üzrə biznes istiqamətlərinin inkişafına fokuslanan, amma bununla kifayətlənməyən iddialı və inamlı komandayıq.

Müştərilərimizə yüksək keyfiyyətli və tam xidmət təqdim etmək bizim cari hədəflərimizdən biridir. Bu hədəfimizə çatmaq üçün yeni yaradılan Əlaqə Mərkəzimizdə enerjili və öyrənmək istəyi olan Mütəxəssis ilə işə başlamaq istəyirik.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@srgroupco.com e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Əlaqə Mərkəzinin mütəxəssisi

Tələblər:

• Yaş: 22-30 yaş həddi;
• Ali təhsil;
• Azərbaycan dilini səlis, rus dilini isə yaxşı səviyyədə bilməli;
• 1 il müştəri xidmətləri (satış, xidmət və s.) sahəsində iş təcrübəsi;
• MS Office, Outlook (istifadəçi səviyyəsi);
• Müştəri yönümlü xidmət prinsipləri;
• Savadlı nitq və yazı;
• Müştəriyə fokuslanma bacarığı;
• Emosional sabitlik;
• Onlayn cavablama bacarıqları;
• Satış bacarıqları arzuolunandır.

Vəzifələr:

• Daxili prosedur, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən Əlaqə Mərkəzi (ƏM) vasitəsilə xidmət göstərmək;
• Təşkilatın biznes istiqamətləri tərəfindən təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatlı olmaq;
• Müştəriləri yüksək səviyyədə xidmətlə təmin etmək; keyfiyyət standartlarına riayət etmək;
• Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll etmək və şikayətlərini qeydə almaq Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll etmək və şikayətlərini qeydə almaq;
• ƏM-nin ünsiyyət kanalları vasitəsilə satış həyata keçirmək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP