
“Mars Overseas Baku LTD” Ərazi satış meneceri vakansiyası üzrə işçi qəbul edir.
İş yeri: Cənub bölgəsi və İmişli-Salyan bölgəsi
Vəzifə öhdəlikləri:
- Distribyutorların Müştəri bazasını təhlil edir; - Distribyutorların işinə nəzarət edir və onları idarə edir; - Distribyutorların ərazi satışların artırmaq üçün müxtəlif inovasiyaları həyata keçirir; - Distribyutorların işlərini qiymətləndirmək məqsədi ilə müvafiq ölçü meyarları tərtib edir və qiymətləndirməni həyata keçirir; - Distribyutorlar ilə operativ məlumat mübadiləsi prosesini təşkil edir və həyata keçirir; - Distribyutorlar üzrə məlumat bazasını aparır; - Distribyutorların Satış komandalarının işlərini koordinasiya edir; - Malların rəflərdə Şirkətin prinsiplərinə uyğun olaraq düzülüşünə nəzarət edir; - Distribyutorların satışlarına, anbar qalığına və şirkətə olan borclara nəzarət edir; - Müştərilərə verilən soyuducuların sayına və hansı müştərilərdə olmasına nəzarət edir, soyuducularda yaranan nasazlıqları müəyyən edir və Rəhbərliyə vaxtlı-vaxtında məlumat verir; - Müştərilərin alqı-satqı müqavilələr üzrə olan öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməklərinə nəzarət edir: • Onlar tərəfindən yerinə yetirilmədikləri öhdəliklərin səbəblərini müəyyən edir; • Həmin problemlərin aradan qaldırılmasını və gələcəkdə təkrarlanmamasını təmin edir; • Rəhbərliyin digər birdəfəlik xidməti tapşırıqlarını yerinə yetirir və bu haqqda Rəhbərliyə hesabat verir.
Tələblər:
- Ali təhsil - Müvafiq sahədə minimum 3 il - Azərbaycan dili,Rus dili arzuolunan - Komanda ilə işləmə bacarığı - Analitik düşüncə
Əlavə İmtiyazlar:
Yancaqla, amortizasiya və nömrə ilə təmin olunur
Əmək haqqı : 1500 AZN + Bonus
Müarciət etmək üçün vakansiya başlığına “Ərazi satış meneceri” qeyd etməklə Career@totalbeverage.group üvanına CV-nizi göndərə bilərsiniz.
|