Layihələrin İdarəetmə Ofisinin Rəhbəri
 
JOB TITLE: Layihələrin İdarəetmə Ofisinin Rəhbəri
EMPLOYER: Təhsildə Keyfiyyət Təminatı Agentliyi  DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-26 LAST UPDATED: N/A DEADLINE: 2021-02-25

Təhsildə Keyfiyyət Təminatı AgentliyiLayihələrin İdarəetmə Ofisinin Rəhbəri” vakansiyasını elan edir.

Ümumi

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq təhsil sahəsi üzrə müvafiq layihələrin icrası ilə bağlı mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Vəzifə: Sizin vəzifəniz təhsil sahəsi üzrə müvafiq layihələrin icrası ilə bağlı cari prosesin təkmilləşdirilməsi olacaqdır.

Məsuliyyət

• Təşkilatda icra olunan layihə planlarının tərtib olunmasını təmin etmək, təşkilatın strateji tədbirlərinin müəyyən olunmasında iştirak etmək;
• Həyata keçirilən prioritet layihələrin icrasını əlaqələndirmək, məlumat paylaşımı təmin etmək;
• Layihələrin icrası ilə bağlı əhatəli təhlil həyata keçirmək, risklərin idarə olunmasını təmin etmək;
• Layihə planlarına uyğun olaraq fəaliyyətlərin icrasını izləmək, zəruri görüşlərin və müzakirələrin keçirilməsini təmin etmək;
• Layihələrin planlaşdırılması, icrasının izlənməsi və hesabatlılığın təmin olunması üçün elektron həlləri hazırlamaq və tətbiqinə nail olmaq;
• Layihələrin icrasına dair rəhbərlik üçün hesabatlar hazırlamaq;

Tələblər

• Layihələri idarə etmə bacarığı (PMP sertifikatı üstünlükdür);
• Maliyyə, satınalma, təchizat, hüquq prinsiplərini anlamaq;
• MS Office proqramlarını mükəmməl bilmək (özəlliklə də MS Project, MS Excel, MS Visio, MS Power Point);
• Azərbaycan və İngilis dillərini səlis bilmək;
• Yüksək dərəcədə təşkilatçılıq və komanda işi bacarığı;
• Mükəmməl ünsiyyət bacarıqları;

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “Layihələrin İdarəetmə Ofisinin Rəhbəri” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP