
Korporativ müştərilər üzrə menecer köməkçisi ( Junior Account Manager)
Tələblər:
- Yaş həddi- 21-27 - Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti məcburidir. Rus dilində danışıq qabiliyyəti məcburidir. İngilis dilində danışıq qabiliyyəti üstünlükdür. - MS Office (xüsusən - MS Excel) ilə iş təcrübəsi - Əla dinləmə, danışıq və təqdimat bacarıqları - Yüksək səviyyəli şifahi və yazılı ünsiyyət bacarıqları
Vəzifə öhdəlikləri:
• Yeni müştərilərlə işləmə (müqavilənin bağlanması) • Yeni kodların aktivləşdirilməsi, koda nömrələrin əlavə edilməsi, silinməsi. • Müştəri şikayətlərinin araşdırılması • Müştərilərin kurasiyası • Hesabatlarda yaranmış problemlərin aradan qaldırılması • Gələn zəng və müraciətlərin cavablandırılması. • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək
Məsuliyyətlər
• Müştərilərin idarə edilməsi ilə bağlı bütün məsələlər üçün əsas əlaqə nöqtəsi kimi xidmət etmək; • Müştərilərin ehtiyac və məqsədlərinə uyğun olaraq həll yollarımızın vaxtında və uğurlu başa çatdırılmasını təmin etmək; • Çətin müştəri istəkləri ilə işləyərək müsbət nəticə əldə etmək.
- Ofis şəhərin mərkəzində yerləşir - 6 günlük iş qrafikı, 9.00-18.00 - Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerinə “Korporativ müştərilər üzrə menecer köməkçisi” yazmaqla hr@taxibaku.az elektron ünvanına göndərə bilərlər.
Tel: 055 203 98 89
|