Aparıcı mühasib
 
JOB TITLE: Aparıcı mühasib
EMPLOYER: Improtex Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-27 LAST UPDATED: N/A DEADLINE: 2021-02-26

İmproteks Şirkətlər QrupunaAparıcı mühasib” vakansiyası üzrə işçi tələb olunur:

Tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
• Rus və İngilis dillərini bilməsi arzu olunandır
• 1C (8.3) proqramında işləmək bacarığı

Vəzifələr:

- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
- Proqram üzrə mühasibat yazılışlarının verilməsi
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması
- Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

İş şəraiti:

- AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə
- Həftə içi 6 gün iş (6-cı gün qısaldılmış iş günü)
- Əmək haqqı 1000 -1200AZN

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Aparıcı mühasib" sözünü qeyd etməklə hr@improtex.az elektron poçtuna göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP