
Satış və marketing üzrə dəstək mütəxəssisi
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil və minimum 2 il iş təcrübəsi; - Müştəri yönümlü düşüncə tərzi; - Şirkətin məhsul və xidmətlərini ən efferktiv yollarla təqdim edə bilmək bacarığı; - Düzgün şifahi nitq qabiliyyəti; - Satış qabiliyyəti; - Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü; - Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı; - Yeni müştəriləri cəlb etmək, hədəf qoyulmuş satış planını təmin etmək; - Potensial müştərilərə xidmətin və istifadə olunan avadanlığın təqdimatını aparmaq; - Biznes etikasına sahib olmaq; - Dil bilikləri: Azərbaycan dili, İngilis dili; Rus dili arzuolunandır; - Kompüter bilikləri: MS Ofice, Outlook.
Vəzifələr:
- Xidmətlər haqqında əskiksiz məlumat vermək; - Yeni müştərilərin axtarışı və xidmətlərin təqdimatı; - Mövcud müştəri bazasını genişləndirmək; - Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (təkliflər, zənglər və s.); - Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanılması üçün çalışmaq; - Mövcud müştərilərlə əlaqələrin genişdirilməsi və inkşafı; - Satış və satış sonrası təmin edəcəyi keyfiyyətli xidmət ilə sadiq müştəri portfeli meydana gətirmək; - Müvafiq satış hesabatlarının hazırlanması; - Şirkətlərlə korporativ danışıqların aparılması, onlarla müqavilələrin bağlanması; - Potensial müştərilərin müəyyənləşdirilməsi ve onlarla əlaqələrin yaradılması; - Müştərilər haqqında məlumatların toplanması və müştəri bazalarına daxil edilməsi.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@ikma.com elektron ünvanına göndərmələri xahiş olunur.
|