Kiçik Linux Administratoru
 
JOB TITLE: Kiçik Linux Administratoru
EMPLOYER: ARIS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-27 LAST UPDATED: 2021-01-28 DEADLINE: 2021-02-26

“ARİS” Məhdud Məsuliyyətli Cəmiyyəti aparıcı texniki dəstək şirkəti olaraq Məlumat mərkəzlərinə, Hosting şirkətlərinə və İSP ‘lərə xarici texniki dəstək xidmətlərini, serverlərin idarə edilməsini, serverlərin təhlükəsizliyi və kənardan idarə edilməsini təmin edir.
Şirkətimiz namizədləri “Kiçik Linux Administratoru” vəzifəsi üzrə müraciət etməyə dəvət edir.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Linux-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
• Şirkətin web/app serverlərinin quraşdırılması və müşayiəti;
• IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
• İstehsalçılarla (DevOps) qarşılıqlı əlaqədə olmaq;
• Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
• Yeni servisləri fərqli tapşırıqlar əsasında təkminləşdirmək;
• Şəbəkə və serverlərin informasiya təhlükəsizliyinin Əməliyyat Sistemi səviyyəsində təmin edilməsi.

Namizədin profili

• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• İngilis dilbiliyi mütləqdir;
• RHСSA üzrə biliklər;
• HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);
• Relational və non-relational baza sistemlərin ilkin səviyyədə qurulması və ilkin dəstəyin göstərilməsi (Redis DB + Sentinel, mongodb, mysql, postgresql);
• Administrator səviyyəsində Red Hat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;
• GlassFish və Tomcat web-servisləri ilə praktiki iş təcrübəsinə malik olmaq;
• Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
• Linux server əməliyyat sistemlərini yüksək yüklənmələr altında istismar edilməsinin quraşdırılması üzrə iş təcrübəsi;
• Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə ilkin təsəvvür;
• VMWare əsaslı virtual maşınların idarə olunması;
• Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
• Monitoring alətlərdən istifadə etmək bacarığı (Zabbix, OP Manager);
• Çətin və qeyri-adi tapşırıqları həll etməyə hazırlıqlı olmaq.

Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq 1000 – 1500 AZN nəzərdə tutulub.

Namizədlərdən öz CV-lərini “Kiçik Linux Administratoru” başlığı altında hr@aris.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP