
Araz Supermarketlər Şəbəkəsi İstehsalat üzrə mühasib vakansiyası üzrə işə qəbul elan edir! İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının izlənməsi və nəzarət edilməsi; - Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması; - Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması; - Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli; - Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə); - Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 1 ildən başlayaraq iş təcrübəsi; - Yüksək səviyyədə MS Excel bilikləri; - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı; - Komandada işləmə, ünsiyyət bacarıqlarının olması; - Reseptura ilə kalkulyasiya hesablama təcrübəsi, istehsalat təcrübəsi
Təminatlar:
- Nahar ilə təmin edilmə; - Servis xidməti; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “İstehsalat üzrə mühasib” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
|