Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: SS Park MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-28 LAST UPDATED: 2021-01-28 DEADLINE: 2021-02-27

İş barədə məlumat: SS Park MMC

Vəzifə: Mühasib

İş yeri: Sumqayıt şəhəri

İşin təsviri:

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edir və nəzarət edir.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
• Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması.
• Vergi orqanları ilə yazışmaların aparılması.
• Vergi və mühasibat uçotunun aparılması.
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması.
• Əməliyyatların 1C proqramında işlənməsi.
• Vergi hesab fakturaların yazılması.
• Bank və kassa əməliyyatların aparılması.

TƏLƏBLƏR:

• Ali təhsil
• 30-50 yaş həddi
• Maliyyə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi.
• Azərbaycan və rus dilləri.
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.
• Güclü ünsiyyət və danışıq qabiliyyəti.
• Komandada işləmək bacarığı.
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.
• MS Excel/ 1 C proqram biliyi.
• Vergi və gömrük bilikləri.
• E-taxes.gov.az portalindan istifadə etmək bacarığı.
• Ezamiyyətə hazır olmalı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Mühasib” yazaraq ibrahimovemin1976@gmail.com ünvanına göndərilməsi xahiş olunur.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP