Satınalma mütəxəssisi
 
JOB TITLE: Satınalma mütəxəssisi
EMPLOYER: Bizim Kəndimiz LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-28 LAST UPDATED: N/A DEADLINE: 2021-02-27

“Bizim Kəndimiz” MMC Satınalma mütəxəssisi üzrə vakansiya elan edir.

Bizim Kəndimiz Market kənd məhsulları satışını həyata keçirən mağazalar şəbəkəsidir.

Satınalma mütəxəssisi vəzifəsi üçün tələblər:

• Etibarlı, peşəkar, sağlam təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili;
• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

• Bazar təlabatı və qiymətləri təhlil bacarığının olması;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmə bacarığı;
• Kompüter bilikləri: MS Office
• Market sahəsində ən az 3 il iş təcrübəsi;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur, namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir
İş: AR qanuna uyğun müqavilə
İş vaxtı: I-VI günlər

Cv-lərinizi “Satınalma mütəxəssisi” başlığı altında hr@bizimkendimiz.az ünvanına göndərə bilərsiniz.

Qeyd: 17:00-dan sonra zəng etməyin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP